AZ

"Xankəndi"nin baş məşqçisi: "Komandada əsasən futzalda və çimərlik futbolunda çıxış edənlər oynayır"

Komandamızda əsasən futzal çempionatında və çimərlik futbolunda çıxış edən oyunçular yer alıb.

Bunu "Report"a açıqlamasında yeni yaradılmış "Xankəndi" klubunun baş məşqçisi İbrahim Uzunca deyib.

O, AFFA Region Liqasında debüt edəcək komandanın hazırlığı barədə məlumat verib:

"Çempionatın başlamsını səbirsizliklə gözləyirik. Region Liqasının startı bir az gecikdi. "Xankəndi" komandasında hər şey yolundadır. İndiki vəziyyətdə yoxlama görüşləri keçiririk. Təxminən 6-7 yoldaşlıq matçına çıxdıq. Bütün qarşılaşmaları qələbə ilə başa vurduq. Sadəcə, I Liqa təmsilçisi "Karvan"la bərabərə qaldıq. Komandamızda əsasən futzal çempionatında və çimərlik futbolunda çıxış edən oyunçular yer alıb. Heyətdə minifutbolda mübarizə aparan oyunçular da var ki, hazırlıqla bağlı planlarımızı onların qrafiklərinə uyğun qururuq".

Türkiyəli mütəxəssis "Xankəndi"nin əsas hədəfinin II Liqaya yüksəlmək olduğunu bildirib:

"Hədəflərimiz artıq bəllidir. Region Liqasının qalibi kimi Azərbaycan II Liqasına vəsiqə qazanmaq istəyirik. Lakin çempionatın startı uzandıqca, nə edəcəyimizi bilmirik. Yoxlama matçları keçirsək də, artıq yarışa köklənmək istəyirik. Region Liqasının startına qədər I Liqanın daha bir təmsilçisi "Cəbrayıl"la yoldaşlıq görüşü keçirməyi düşünürük. Lakin hələ ki, vaxtı müəyyənləşdirə bilməmişik".

Qeyd edək ki, AFFA Region Liqasının startı fevralın əvvəlinə planlaşdırılıb.

Seçilən
2
50
report.az

10Mənbələr