Amerikanın “Fox News” kanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsini dəyərləndirən Tramp müharibənin bir an əvvəl bitməli olduğunu bildirib.
İndex.az xəbər verir ki, Tramp hər iki tərəfin yüz minlərlə əsgərini itirdiyini ifadə edib.
“Bu, heç başlamamalı olan bir müharibə idi. Bayden bu müharibənin başlamasına icazə verərək dəhşətli bir iş gördü. Heç başlamamalı idi”, – Tramp deyib.
Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumda ittiham edən Tramp, “Putin bunu heç vaxt etməməli idi. Bu müharibə indi bitməlidir. Ruslar 850 min, ukraynalılar 700 min əsgər itirdi” deyib.
Tramp həmçinin Rusiya danışıqlar masasına oturmasa, bu ölkəyə ciddi sanksiyalar və gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq edib: “Bunu etmək istəmirəm, rus xalqı böyük xalqdır, rusları sevirəm. Lakin bu müharibə bitməlidir. Zelenski də razılığa gəlmək istəyir”.