AZ

ABŞ deportasiyaya BAŞLADI – 538 qanunsuz miqrant SAXLANILDI

ABŞ-da miqrasiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyata başlanılıb. 538 qeyri-qanuni miqrant saxlanılıb və yüzlərlə insan deportasiya edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt sosial şəbəkələrdə məlumat verib:

“Qanunsuz miqrantlar arasında cinayətkarlar, o cümlədən terrorda şübhəli bilinən şəxslər saxlanılıb. Həmçinin yüzlərlə cinayətkar deportasiya edilib. Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir”, 

Qeyd edək ki, Donald Tramp inauqurasiyadan sonra sərt immiqrasiya kampaniyasına başlayacağını açıqlamışdı. 

Bizim.Media

Seçilən
12
27
bizim.media

10Mənbələr