Soyuq hava Texas və Floridanın cənub ştatlarında həyata mənfi təsir göstərir.
News24.az xəbər verir ki, Alabama, Texas və Corciya ştatlarında nadir qar fırtınası və dondurucu temperaturun səbəb olduğu yanğınlar, yol qəzaları və donvurma nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Həddindən artıq buzlanma səbəbindən yollarda qəzalar və nəqliyyatın hərəkətində fasilələr yaranmaqla yanaşı, qar fırtınası səbəbindən bir çox uçuşlar da təxirə salınıb.
Florida ştatının Milton bölgəsində tarixin ən güclü qarı səbəbindən qarın qalınlığının 25 santimetrə çatdığı bildirilib.
Texasın Bomont bölgəsində qarın qalınlığı rekord həddə - 15 santimetrə çatıb.
Luiziana ştatının iqlim üzrə eksperti Cey Qrayms ştatda son 100 ilin ən soyuq havasını gördüyünü söyləyərək, yanvarın 26-na kimi bəzi bölgələrdə temperaturun 12 dərəcə şaxtaya enə biləcəyi barədə xəbərdarlıq edib.
Məryəm İlhamqızı