Türkiyənin Konya şəhərində üçmərtəbəli bina çöküb.
Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Selçuklu rayonunda qeydə alınıb.
Binada 3-4 nəfərin olacağı ehtimalı ilə axtarma-xilasetmə işlərinə başlanılıb.
Əraziyə AFAD əməkdaşları, ambulanslar və polis qüvvələri cəlb olunub.