“Ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Konya şəhərində yaşayış binasının çökməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.
Nazir çökmə ilə bağlı ilkin məlumatın saat 20:05-də daxil olduğunu, AFAD qruplarının saat 20:15-də hadisə yerinə çatdıqlarını deyib.
Axtarış-xilasetmə işləri davam edir.