AZ

Zahid Orucun konstitusiya və referendum bəyanatı təkzib olundu: “Təxəyyül məhsuludur”

Dünən ölkə mediasında Milli Məclisin komitə sədri Zahid Orucun çıxışından bir hissə yayıldı. Deputat çıxışında bəzi məqamlara toxunub. 

Z.Oruc bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək.

O həmçinin deyib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var. Komitə sədri qeyd edib ki, bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Sitat: “Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.

Z.Orucun bu çıxışı yerli mediada konstitusiya islahatı, referendumun keçiriləcəyi, struktur dəyişikliklərinin olacağı kimi təqdim olundu. Saytlar yazdı ki, yaxın zamanlarda referendum olacaq, konstitusiyaya ciddi dəyişikliklər ediləcək, ardından icra hakimiyyətləri ləğv ediləcək, əvəzində Prezidentin səlahiyyətli nümayəndəlikləri yaradılacaq və s.

Seçilən
17
21
demokrat.az

10Mənbələr