"Gürcüstan Avropaya inteqrasiya ilə bağlı öhdəliklərinə sadiq qalır".
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, münasibətlərdəki çətinliklərə baxmayaraq, Gürcüstan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirir.
"Bunun bir təzahürü ondan ibarətdir ki, biz 2025-2027-ci illər üzrə İqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim etmişik", - İ.Kobaxidze əlavə edib.
Müəllif: Cəmilə Babayeva