Növbəti illərdə Gürcüstanda əhalinin sayında azalma olacaq.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu proqnoz Gürcüstan hökumətinin 2025-2027-ci illər üçün İqtisadi islahatlar proqramında yer alıb.
Proqnoza əsasən, 2025-ci ildə ölkə əhalisinin sayı 3 693 600, 2026-cı ildə isə 3 691 700 nəfər olacaq. 2027-ci ildə isə say 3 688 900 nəfərə çatacaq.
Sənəddə qeyd olunub ki, 2024-cü ildə Gürcüstan əhalisinin sayı 3 694 600 nəfər təşkil edib.
Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrın 14-dən dekabrın 31-dək əhalinin siyahıyaalınması aparılıb. İlkin nəticələrin bu ilin iyununda, yekun nəticələrin isə 2026-cı ilin iyununda açıqlanacağı gözlənilir.
Müəllif: Cəmilə Babayeva