AZ

Mərmərə Qrupunun sədri “Heydər Əliyevin 100 illiyi” medalına layiq görülüb

İstanbul, 24 yanvar, Günel Karatepe, AZƏRTAC

Azərbaycan Prezidentinin Sərəncamına əsasən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, professor, yubiley medalına Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfələrə görə layiq görülüb.

Medal professor Akkan Suverə yanvarın 28-də Azərbaycanın Ankaradakı səfirliyində keçiriləcək mərasimlə təqdim ediləcək.

Seçilən
20
47
azertag.az

10Mənbələr