Azərbaycan Prezidentinin Sərəncamına əsasən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, professor, yubiley medalına Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfələrə görə layiq görülüb.
Medal professor Akkan Suverə yanvarın 28-də Azərbaycanın Ankaradakı səfirliyində keçiriləcək mərasimlə təqdim ediləcək.