AZ

Ermənistan Avropa İttifaqına üzvlük yolunda balanslı siyasət yürütməyə çalışır – ÖZƏL

"Ermənistan balanslı siyasəti xarici siyasətində əsas istiqamət kimi qorumaqda davam edir". 

Olaylar.az xəbər verir ki, bu barədə yanvarın 24-də Ermənistan parlamentinin Avropa İnteqrasiyası üzrə daimi komissiyasının iclasında Xarici İşlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

İclasda Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə dair qanun layihəsi müzakirə olunub. Hovhannisyan vurğulayıb ki, rəsmi İrəvanın bütün təşəbbüsləri və fəallığı milli maraqların təmin edilməsinə və daha əlverişli şəraitin yaradılmasına yönəlib.

"Bizim təşəbbüslərimiz yalnız milli maraqların reallaşdırılmasına xidmət edir," - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
50
olaylar.az

10Mənbələr