Olaylar.az xəbər verir ki, Kremlin nümayəndəsi Dmitri Peskov, Belarusda keçirilən prezident seçkilərinin yaxşı təşkil olunduğunu və şəffaf olduğunu bildirib. O, Rusiyanın Prezidenti Vladimir Putinin, Aleksandr Lukaşenkonu seçkilərdə qələbə qazandığı üçün təbrik etdiyini qeyd edib. Peskov, qərb ölkələrinin etirazlarının önəmli olmadığını və seçkilərin legitim və şəffaf olduğunu vurğulayıb. Avropa İttifaqı isə seçkiləri "yalançı və azad olmayan" kimi qiymətləndirmişdi. Lukaşenko isə Aİ-nin seçkilərin nəticələrini tanımadığını "əhəmiyyətsiz" adlandırıb.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31