Olaylar.az xəbər verir ki, Kaliforniya Universitetinin professoru Ken MakDonald Britaniyanın Daily Mail qəzetinə həyəcanverici kəşf barədə məlumat verib.
Efiopiya səhrasındakı təxminən 56,5 kilometr uzunluğundakı çat 2005-ci ildə başlayıb, lakin o vaxtdan bəri ildə təxminən 1,5 santimetr sürətlə genişlənir. Alim bildirib ki, yeni hesablamalara görə, qitənin bölünməsi bir-beş milyon il ərzində gözlənilir, halbuki əvvəllər bu prosesin on milyonlarla il çəkəcəyi güman edilirdi.
"Ola bilər ki, Hind okeanının suları indi Şərqi Afrika Rift Vadisinin yerləşdiyi əraziyə daxil olub su altında qalsın", - mütəxəssis qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31