AZ

Ukraynadan Rusiyaya gecə hücumu - “Rostneft” zavoduna zərbə endirilib

Ukrayna qüvvələri dünən gecə Moskvanın cənub-şərqində, Ryazanda yerləşən Rostneft Neft Emalı Zavoduna uzaq mənzilli kamikadze pilotsuz təyyarələrlə hücum edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə nəhəng alov və qalın tüstü buludları, insanların hadisə yerindən qaçdığı anlar əks olunub.
 
İllik gücü 18 milyon ton olan regionun ən böyük neft emalı zavodlarından biri olan bu obyekt Moskvanın yanacaq təchizatı üçün mühüm əhəmiyyət kəsb edir.

Rusiya Müdafiə Nazirliyi 13 bölgəni hədəf alan 121 pilotsuz uçan aparatın zərərsizləşdirildiyini açıqlayıb.
 
Moskva meri Sobyanin Ukrayna pilotsuz təyyarələrinin paytaxtın dörd nöqtəsində bloklandığını açıqlayıb.

Gülay
Seçilən
17
40
azxeber.com

10Mənbələr