Yanvarın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kstovo şəhərindəki Nijni Novqorod neft emalı zavoduna hücum edib. O, Ukraynanın şimalında cəbhə xəttindən 800 kilometrdən çox məsafədə yerləşir. Partlayışlar səhərə qədər davam edən böyük yanğına səbəb olub. Rusiya mediası artıq bu hücum və Ukraynanın təcavüzkar ölkənin əsas sənayesi üçün mühüm əhəmiyyət kəsb edən 30-a yaxın Rusiya neft emalı zavoduna endirdiyi digər zərbələrdən panikaya düşüb.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "Forbes" jurnalının əməkdaşı Devid Eks yazır.
Ukrayna iki ilə yaxındır Rusiyanın neft obyektlərinə hücum edir. Bununla belə, son bir ay ərzində əhəmiyyətli bir eskalasiya baş verib. Təkcə Kstovo zavodu ildə 13 milyon barel neft emal edir ki, bu da Rusiyada ümumi neft emalı həcminin təxminən 5%-ni təşkil edir.
"Bu ay bir neçə başqa neft emalı zavodlarına vurulan zərbələr Rusiyanın neft məhsullarının istehsalını 10 faizdən çox azaltmış ola bilər”, - materialda deyilir.
Müəllif qeyd edir ki, neftayırma zavodları təmir oluna bilsə də, Ukrayna həmişə hücuma daha çox pilotsuz təyyarə göndərə bilər.
Son illərdə Ukrayna sənayesi partlayıcı maddələri demək olar ki, 1300 km məsafəyə daşıya bilən uzun mənzilli zərbə vuran dronların müxtəlif modellərini hazırlayıb. Bəzi modellər 1600 km-dən çox məsafəni də qət etməyə qadirdir.
"Neft emalı zavodunun yenidən qurulmasının milyonlarla dollarlıq xərcləri ilə müqayisədə, bir dron, hətta bir dəstə dron da - ucuzdur. Ukraynalıların hücum dronlarına çevirdiyi "Aeroprakt A-22" idman təyyarələri təxminən 130.000 dollara satılır", - deyə Aks vurğulayır. .
S.Laçın