AZ

"Rusiyanın Kursk vilayətində itkiləri fəlakətlidir..." — "Forbes"

Rusiya və Şimali Koreyanın Kurskdakı itkiləri heç bir ağlabatan ölçü ilə müqayisə olunmazdır. Məsələ burasındadır ki, Kurskda 30 min rus, 4 min Şimali Koreya vətəndaşı öldürülüb və yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə “Forbes” Ukrayna mənbələrinə istinadla yazır.
 
Nəşr qeyd edir ki, ruslar Kurskda o qədər zirehli texnika itirirlər ki, cəbhə xəttinin digər hissələrindəki alaylar və briqadalar indi müntəzəm olaraq mülki kiçik avtomobillərlə hücuma keçir.
 
"Artan itkilər Rusiyanın darmadağın edilmiş ordusunda dərin disfunksiyaya səbəb olur. Kreml ümid edir ki, Ukraynadakı disfunksiya daha da pisdir - və bu, doğru ola bilər", - məqalədə qeyd edilir.
 
Analitiklər bunu hər iki ordu üçün “dibə doğru yarış” adlandırırlar:
 
ruslar bir neçə kvadrat kilometri fəth etmək üçün son mexanikləşdirilmiş ehtiyatlarını sərf edirlər;
Ukraynalılar onları saxlayır və yeni qoşunlara çıxışın olmaması səbəbindən hər itki ilə azalan tam komplektləşdirilməmiş briqadalarla onları məhz edirlər.
"Rəqabətli dinamikanı nəzərə alsaq,  indi əsas sual budur:  hansı ordu birinci düşəcək?", -deyə "Forbes"materialı ritorik sualla bitirir.
 
Bundan əvvəl Rusiya qoşunlarının Kursk vilayətində “Ukrayna platsdarmı” çərçivəsində hücum əməliyyatlarını davam etdirməsindən danışılıb. Lakin işğalçılar heç bir irəliləyiş əldə etməyiblər.
 
S.Laçın
Seçilən
9
40
moderator.az

10Mənbələr