Türkiyəli aktrisa Ahu Yağtu açıqlamaları ilə gündəm yaradıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, televiziya və kino sektorunda qadınlar üzərində “gözəllik təzyiqi”nin olduğunu bildirib.
Belə ki, Ahu cavanlaşmaq üçün sirli üsula əl atan aktrisanın hekayəsindən bəhs edən və Demi Murun baş rolda oynadığı “Substance” filmi ilə qadınlara edilən gözəllik təzyiqini tənqid edib: “Ümumiyyətlə, estetik qayğıların ön plana çıxdığı bir zamanda qadınlar çox yerlərdə sıxışdırılır. Qadınların hər zaman gənc, baxımlı və müəyyən bədən quruluşuna malik görünməsi ilə bağlı bir stereotip mövcud olsa da, kişilər üçün bu stereotiplər pozula bilər. Bu, son dərəcə ədalətsiz bir vəziyyətdir”.
Birillik fasilədən sonra yeni serial üçün çəkiliş meydançalarına qayıdan məşhur aktrisa yenidən işə başladığına görə özünü yaxşı hiss etdiyini deyib: “İnsan işləməyə öyrəşdikdən sonra dayandıqda heç nə istehsal etmədiyini hiss edə bilər. Həmin müddət ərzində də hobbilərə daha çox vaxt ayıra bilərsiniz və bu, ruhu qidalandırır.
Ətrafımdakı bir çox insanlar kimi mən də dəyişmə və çevrilmə prosesindəyəm. Bu şüurlu seçim olduqda, o dövrü daha sağlam keçirsiniz. Mən balanslı olduğum və mövqeyimi açıq şəkildə ifadə edə biləcəyim bir dövrdəyəm. Mən bu prosesi tərəddüd etmədən, üzləşərək və etiraflarımı qəbul edərək keçirəm”.
Qeyd edək ki, Ahu Yağtu 2000-ci ildə özündən 17 yaş böyük olan Cankat Doğan Akçura ilə evlənib. Lakin bu evlilik uzun sürməyib və . 2005-ci ildə boşanıb. Daha sonra, 2012-ci ildə isə o həmkarı Cem Yılmaz ilə ailə həyatı qurub. Aktrisanın bu evliliyi də uğursuz olub. Cütlük 2013-cü ildə boşanıblar. Lakin bu evlilikdən onların Kamal adlı oğlulları olub.