Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
“Elə sahələr var ki, qadınlar heç də kişilərdən az bilmirlər. Kişilər qadınlar həmin sahədə ekspertlik etdiyi zaman rişxənd edirlər. Biliyinə, zəkasına güvəndiyim kifayət qədər qadın ekspertlər var.
Məsələn, qadınlar sürücülüklə bağlı hansısa irad bildirdikdə bəzi kişilər onlara kinayə ilə baxırlar. Qadınların sürücülüklə bağlı məsələhət və fikirlərini qəbul edə bilmirlər. Mən özüm də əminliklə deyə bilərəm ki, 15-20 ilin sürücülərindən daha təcrübəliyəm. Çünki oxuyaraq imtahanlarımın ikisindən də ədalətli şəkildə keçmişəm”.
O bildirib ki, bəzi kişilər 1500 manata sürücülük vəsiqəsi alır, öz zəhməti ilə imtahandan keçən qadına rişxənd edir:
“Burada böyük təzad var. Bu məqamda cəmiyyətin qınağını nəzərə almaq lazım deyil. Doğrudur, bəzi hallarda cəmiyyətin qınağı bizə kömək edir. Ancaq bəzən çoxluq bir şeyi israrla desə də, həmin sözlərdə həqiqət olmaya bilir. Qadınların bir məsələdə ekspertlik etməsi tamamilə onun biliyinə, zəkasına əsaslanmalıdır. Əgər o bütün bunları bacarırsa, nə üçün həyata keçirməməlidir?
Biz qadınların hərbi məsələlərdə potensialının zəif olmasını qəbul ediriksə, kişilər də bəzi məsələlərdə qadınların daha yaxşı olduğunu qəbul etməlidirlər. Qadınlar cəmiyyət tərəfindən rişxəndlə qarşılaşdıqları üçün ekspertlik etməyə çəkinirlər. Cinsiyyətindən asılı olmayaraq cəmiyyət üçün faydalı olanı deyən şəxsin kimliyində fərq görülməməlidir, yalnız alqışlanmalıdır”.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
demokrat.azSosioloq: “1500 manata sürücülük vəsiqəsi alan kişilər qadınlara rişxənd edirlər” ( 15018081)
-
oxu24.com“Bu sektorda qadınlara qarşı təzyiqlər var” ( 15012441)
-
kulis.azHəmin qadınlara “şeytan” demək... - Aysel Əlizadə ( 15009617)
-
demokrat.azTahir Əmiraslanov: "Qadın üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir" ( 14997239)
-
hurriyyet.azDünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR? ( 14990577)
-
oxumeni.azAlimlər hesab edirlər ki, subay qadınlar subay kişilərdən daha xoşbəxtdirlər ( 14983281)
-
turkustan.azDünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR? ( 14979527)
-
bizim.mediaDünyada kişilər, bizdə isə qadınlar AZALIR – Oğlanlar evlənməyə qız TAPMAYACAQLAR? ( 14978095)
-
demokrat.azSürücülük vəsiqəsi imtahanından keçmək üçün 5 MƏSLƏHƏT ( 14977873)
-
viral.azQadınlara pulla bağlı ŞAD XƏBƏR: 2030-cu ilə qədər görün nə edəcəksiniz ( 14945005)