"İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, bizi tək qoymadılar, sonadək dəstək oldular. Deyiləcək çox söz yoxdur".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda FCSB-yə uduzduqları görüşdən (2:3) sonra deyib. Ağdam təmsilçisi sözügedən matçda məğlub olmaqla sona 1 tur qalmış pley-off şanslarını itirib.
24 yaşlı müdafiəçi isə "CBC Sport"a açıqlamasında uğursuzluğu belə şərh edib: "Nəniki bu matçda, ümumilikdə mövsüm ərzində hədsiz qol imkanlarımız oldu. Lakin yararlana bilmədik. Əvəzində isə qol buraxırıq. Məğlubiyyəti faciə kimi qəbul etmək olmaz. İrəliyə baxmalıyıq. Bu il belə alındı. Nə etmək olar?! İnşallah, növbəti mövsüm daha böyük qələbələr qazanarıq".
E.Cəfərquliyev FCSB-nin hər 3 qolu standart vəziyyətlərdən vurmağına da toxunub: "Bilirdik ki, rəqib standart vəziyyətlərdən çox yaxşı yararlanır. Hətta məşqlərdə də bunun üzərində işləyirdik. Düşünürəm ki, daha diqqətli olmaq lazım idi. Təkbətək oyunlarda poblemlərimiz var idi. Görünür ki, daha çox işləməliyik".
O, son - 8-ci turda səfərdə "Olimpiakos"la keçirəcəkləri qarşılaşmadan söz açıb: "Olimpiakos"la matçda gözəl oynamaq istəyirik. Udsaq da, uduzsaq da, əhəmiyyət kəsb etmir. İnşallah, gözəl oyunla yadda qalmaq istəyirik".