"İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm.
Sayları az olsa da, bizi tək qoymadılar, sonadək dəstək oldular. Deyiləcək çox söz yoxdur".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda FCSB-yə uduzduqları görüşdən (2:3) sonra deyib.
Ağdam təmsilçisi sözügedən matçda məğlub olmaqla sona 1 tur qalmış pley-off şanslarını itirib.
24 yaşlı müdafiəçi isə "CBC Sport"a açıqlamasında uğursuzluğu belə şərh edib:
"Nəniki bu matçda, ümumilikdə mövsüm ərzində hədsiz qol imkanlarımız oldu. Lakin yararlana bilmədik.
Əvəzində isə qol buraxırıq. Məğlubiyyəti faciə kimi qəbul etmək olmaz.
İrəliyə baxmalıyıq. Bu il belə alındı.
Nə etmək olar?! İnşallah, növbəti mövsüm daha böyük qələbələr qazanarıq".