“Rəqib standart vəziyyətlərdən yaxşı istifadə edə bildi”.
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Fabian Buntiç Avropa Liqasında FCSB (Rumıniya) ilə matç haqda deyib.
Xorvatiyalı qolkiperin sözlərinə görə, komandasının məğlubiyyətində bəxt amilinin böyük rolu var:
“Oyuna yaxşı başlamışdıq. Təəssüflər olsun ki, standart vəziyyətdən qol buraxdıq.
İkinci hissədə topu nəzarətdə saxlasaq da, bəxtimiz gətirmədi”.
Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı qonaqların 3:2 hesablı qələbəsi ilə bitib.