AZ

Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin işində xaosa səbəb olub

Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin işində xaosa səbəb olub

ABŞ prezidenti Donald Trampın ölkə hökumətinin işi ilə bağlı ilk fərmanları xaosa səbəb olub, bir sıra nazirlik və idarələrin işini qismən iflic edib. AFN.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.Bildirilir ki, yeni prezidentin vəzifəyə başlamasından sonrakı dövr adətən müəyyən pozulmalar ilə xarakterizə olunur, lakin bu dəfə əvvəlki və yeni administrasiyaların gündəmlərindəki böyük fərqlər səbəbindən xaos ifrat dərəcədə olub. "Hökumət işinin yenidən qurulması ilə əlaqədar hətta adi əməliyyatlar da ləngiyir" - deyə materialda qeyd edilib.Nəşr yazır ki, səhiyyə və digər sosial məsələlərlə məşğul olan xidmətlər rəsmi ezamiyyətlərin ləğvi də daxil olmaqla, bütün xarici kommunikasiyaları növbəti xəbərdarlığa qədər dayandırmağa məcbur olublar. Müvəqqəti işə qəbulun dondurulması ABŞ Veteranlarla İş Departamentinin, Milli Park Xidmətinin və digər federal agentliklərin işinə əhəmiyyətli dərəcədə mane olub. Nəqliyyat Nazirliyi yol layihəsinin kompüter sisteminin fəaliyyətini müvəqqəti dayandırmalı olub.Digər problem Baydenin prezidentliyi dövründə proseduru təsdiqlənmiş müxtəlif dövlət qurumları arasında vəsaitlərin bölüşdürülməsi ilə bağlı qarışıqlıqdır. Bu səbəbdən ayrı-ayrı qurumlar bəzi funksiyalarının icrasını qismən dayandırıblar.

Seçilən
16
50
afn.az

10Mənbələr