AZ

Zelenski HAZIRDIR: Tramp və Putin üz-üzə... - Üçüncü Dünya müharibəsi olacaq?

“Mən dərhal Putin ilə görüşmək istəyirəm. Zelenski müqaviləyə hazır olduğunu bildirdi”.


Bu sözləri ABŞ prezidenti Donald Tramp öz açıqlamasında deyib.


Onun sözlərinə görə, o, bu il Rusiya-Ukrayna müharibəsini dayandıracaq.


Politoloq Məhəmməd Əsədullazadə Referans.az-a açıqlamasında bu haqda danışıb.




“Tramp qeyd edir ki, Rusiya Ukrayna arasında davam edən müharibəni sona çatdıracaq amma göründüyü kimi bu bir günlük, bir həftəlik iş deyil. Buna müəyyən bir zaman lazımdır çünki müharibə gedişatını dəyişir və bu beynəlxalq nizamın qurulması istiqamətində mühüm bir prosesin tərkib hissəsidir. Düşünürəm ki, Donald Trampın sülh planı var və bunu Zelenskiyə təqdim edib və Zelenski bunu qəbul edib. İndi isə Rusiya tərəfi bunu qəbul etməlidir”.


Politoloq bildirib ki, bu sülh planında nələrin yer aldığı dünyaya məlum olmasa da müəyyən kompromis məsələlərinin olması aydındır.


“Müəyyən kütləvi informasiya vasitələrində bu axşam Vladimir Putinlə Donald Trampın telefon danışığının baş tutduğu deyilir. Təbii ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini həll etmək gücündədir. Çünki bu müharibənin də əsas qaynağı ABŞ-dır. Vladimir Putinlə Tramp da yaxın perspektivdə görüşə bilər amma ilk növbədə Rusiya buna istəkli olmalı və addım atmalıdır. Bunu Donald Tramp da qeyd edir”.

 

Məhəmməd Əsədullazadə son olaraq qeyd edib ki, Rusiya tərəfi müəyyən güzəştlərə gedərsə, bu il də sülh müqaviləsi imzalana bilər.

 

Fidan Vəlisoy 

Seçilən
3
50
referans.az

10Mənbələr