AZ

ABŞ-nin səyləri və Trampın vədləri: Məqsəd Çin və Rusiyanı...

"Tramp daha çox iqtisadyönümlü siyasət həyata keçirəcək və məqsədi iqtisadi baxımdan Çin və Rusiyanı izolyasiya etməkdir". 

Bu sözləri ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsindəki rolunu şərh edən politoloq Vüqar Əhmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Tramp seçkiöncəsi Ukrayna münaqişəsinin bitəcəyini vəd edib, inaqurasiya mərasimindəki çıxışında isə sülh qurucusu və birləşdirici qüvvə olacağı vədini verib:

"Rusiya tərəfi Trampın tələblərinə məhəl qoymasa belə, Tramp bu bəyanatları səsləndirəcək. Bu başqa məsələdir ki, Tramp Rusiya ilə Ukrayna arasında savaşa nə zaman son qoya biləcək. Əslində Tramp hakimiyyətinin məqsədi ABŞ-ni Ukrayna münaqişəsindən və Ukraynaya yardımlardan kənar tutmaqdır. Trampın Rusiyanı sanksiyalarla hədələməsi dolayısı ilə o deməkdir ki, Rusiyaya sanksiyaları artırmaq və Ukraynaya hərbi yardımları azaltmaqla hər iki tərəfə atəşkəsi qəbul etdirə bilsin". 

Vüqar Əhmədov: Trampın Rusiyanı sanksiyalarla hədələməsi dolayısı ilə o deməkdir ki...

V.Əhmədov hesab edir ki, bu, digər tərəfdən Trampla Rusiya arasında əvvəldən əldə olunmuş razılıq ola bilər.

"Belə ki, sanksiya müqabilində Rusiya prezidenti danışıqlar üçün razılığa gəlsin. Belə olan halda münaqişə fonunda əsas danışıqlar ABŞ və Rusiya arasında gedəcək, Tramp Amerikanın iqtisadi gücündən istifadə edərək münaqişənin dayandırılmasına, bununla ABŞ-nin bu məsələdə gücünü dünyaya nümayiş etdirmiş olacaq. Yaxın zamanlarda ABŞ-nin səyləri və Trampın vədləri ilə bu münaqişənin həllində əsaslı irəliləyişə nail olmaq mümkün olmasa da, ehtimal etmək olar ki, bu məsələ ilə bağlı yaxın zamanda ABŞ və Rusiya prezidentlərinin görüşü baş tutsun", - deyə müsahibimiz qeyd edib.

Politoloqun fikrincə, Tramp ABŞ ilə Rusiya arasında uzun müddət hökm sürən sükutu aradan qaldırmaq istəyir və indi bunun üçün daha çox  çalışır".

Gülşən Şərif

Seçilən
5
50
bakivaxti.az

10Mənbələr