AZ

Nümunə ola biləcək qonşuluq münasibətləri

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Iki dost olkə arasındakı münasibətlər uğurlu inkişaf yolu keçmiş və bu əlaqələr  strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlimişdir.

Prezident İlham Əliyevin Gürcüstana müntəzəm səfərləri, həmçinin, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ötən aylar  ərzində ölkəmizə 3 dəfə, xüsusi ilə də qardaş ölkədə bu yaxınlarda  keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi  iki ölkə arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu  göstərir.

Prezident İlham Əliyev yanvarın 17 - də  mətbuata bəyanatlarla çıxışında əvvəlcə “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib. Dövlət başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edib, əsrlər boyu Azərbaycan və Gürcü xalqlarının  mehriban qonşuluq və dostluq şəraitində yaşadıqlarını, bu gün də bu ənənələrin davam etdiyini qeyd edib. Ölkə başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini , iki ölkə arasındakı siyasi əlaqələrin  bütün qonşular üçün nümunə ola biləcəyini vurğulayıb.

Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan və Gürcüstan hökumətlərinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, investisiyaların  cəlb edilməsi, hər iki ölkədə  olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. Bunun nəticəsidir ki, Azərbaycan  Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.

Azərbaycanla Gürcüstan arasındakı  energetika sahəsindəki  əməkdaşlıqdan bəhs edən ölkə başçısı qeyd edib ki, bu həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı iki ölkənin birgə həyata keçirdiyi  neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil etdiyini, Gürcüstan tranziti vasitəsilə Azərbaycanın hazırda 11 ölkəyə öz təbii qazını ixrac etdiyini , ildən-ilə ixrac artdığını diqqətə çatdırıb. Cənab Prezident əlavə edib ki, “Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.

Prezident İlham Əliyev çıxışında Baş nazir İrakli Kobaxidze ilə Orta Dəhliz layihəsini müzakirə etdiklərini , iki ölkənin burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərdiyini, müvafiq qurumların koordinasiya şəklindəki fəaliyyəti, bu layihənin də uğurla başa çatdırılacağına əminliyini ifadə edib. “Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”- deyə ölkə başçısı bildirib.

Seçilən
3
21
yeniazerbaycan.com

10Mənbələr