AZ

Almaniya millisinin baş məşçqisi ilə müqavilə müddəti uzadılıb

Almaniyanın futbol üzrə millisinin baş məşçqisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.Missiya.Az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. 37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından komandanı çalışdırmağa başlayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu. Y.Naqelsmannın rəhbərliyi altında Almaniya yığması AVRO-2024-ün 1/4 final mərhələsinə qədər irəliləyib və burada İspaniyaya məğlub olub - 1:2.

Məşqçi əvvəllər Almaniya klubları "Bavariya" "Leyptsiq" və "Hoffenhaym"ı da çalışıb. 2021/2022 mövsümündə "Bavariya"nı çempionluğa daşıyıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
5
5
missiya.az

7Mənbələr