AZ

Almaniya millisinin baş məşçqisi ilə müqavilə müddəti uzadılıb

Almaniyanın futbol üzrə millisinin baş məşçqisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.

Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. 37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından komandanı çalışdırmağa başlayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Y.Naqelsmannın rəhbərliyi altında Almaniya yığması AVRO-2024-ün 1/4 final mərhələsinə qədər irəliləyib və burada İspaniyaya məğlub olub - 1:2.

Qeyd edək ki, Y.Naqelsmann əvvəllər Almaniya klubları \"Bavariya\" \"Leyptsiq\" və \"Hoffenhaym\"ı da çalışdırıb. 2021/2022 mövsümündə \"Bavariya\"nı çempionluğa daşıyıb.
Seçilən
9
5
azxeber.com

7Mənbələr