Ukraynada müharibənin qarşısını almaq mümkün idi - Baş nazir
Ukraynada müharibənin qarşısını almaq mümkün idi. olardı. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bir sıra qurumlar Rusiyanın Ukraynaya hərbi təcavüzünə töhfə vermək üçün mümkün olan hər şeyi edib. Təəssüf ki, baş verənlər bizim dost ölkəmiz Ukrayna üçün dağıdıcı nəticələrə səbəb oldu. Təbii ki, istənilən müharibənin qarşısını almaq olar. 2008-ci il müharibəsindən asanlıqla qaçmaq olardı, Ukraynadakı müharibədən qaçmaq olardı, lakin bəzi qüvvələr, qondarma Dərin Dövlət, qlobal müharibə tərəfi, Ukraynada müharibənin başlaması üçün hər şeyi etdi",-Gürcüstanın baş naziri jurnalistlərə açıqlamasında deyib.
Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralında başlayıb. İki ölkə arasında gərginlik hələ də davam edir. Baş verən müharibədən sonra ABŞ və Avropa Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Hazırda ABŞ yeni prezidenti seçilən Tramp iki ölkə arasında müharibəni dayandırmaq səyləri üzərində çalışır.
Gülnar
www.anews.az