Ajans.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Təəssüf ki, baş verənlər dost ölkəmiz Ukrayna üçün dağıdıcı nəticələrə səbəb oldu. Təbii ki, istənilən müharibənin qarşısını almaq olar. 2008-ci il müharibəsindən, Ukraynadakı müharibədən asanlıqla qaçmaq olardı, lakin müəyyən qüvvələr, qlobal müharibə partiyası olan dərin dövlət Ukraynada müharibənin başlaması üçün hər şeyi etdi”, - Kobaxidze bildirib.