AZ

91 yaşlı kişi sağlamlıq sirrini açdı: 2 şeyə borcludur

91 yaşlı kişi sağlamlıq sirrini açdı:

91 yaşlı Robert Eddison uzun və sağlam ömrünü düzgün qidalanmaya və aktiv həyat tərzinə borclu olduğunu vurğulayıb.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, o, xüsusilə təbii və çiy qidalara üstünlük verir, ultra emal olunmuş məhsullardan, məsələn, çips, qazlı içkilər və salamdan uzaq durur. Onun əsas pəhrizində təbii meyvələr və tərəvəzlər əsas rol oynayır, bunlarla bərabər az miqdarda dondurma istehlak etdiyini də etiraf edir.

Eddison çəkisini sabit saxlayır və 30 yaşından etibarən hər gün müntəzəm idmanla məşğul olur.

Tədqiqatlar göstərir ki, işlənmiş qidalar ürək xəstəlikləri və diabet riskini artıraraq ömrü qısaldır. Eddison sağlamlığını qorumaq üçün balanslı qidalanmanın, alkoqol və tütündən uzaq durmağın vacibliyini qeyd edir. Mütəxəssislər də uzunömürlülük üçün aktiv həyat tərzini, sosial əlaqələri və təbii qidaların istehlakını tövsiyə edirlər.

Sağlam həyat tərzi həm fiziki, həm də zehni sağlamlığı qorumaqda əsas amillərdən biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
30
42
e-saglam.az

10Mənbələr