AZ

Qandondurucu hadisə: Ana və nənə əlbir olub azyaşlıya işgəncə VERDİLƏR

Ajans.az xəbər verir ki, bu barədə Mirror məlumat yayıb. Polis qızcığazı dəhşətli şəraitdə saxlandığı evdə ölü olaraq tapıb. 

Polisin bildirdiyinə görə, uşağın cəsədi qançır və yaralarla örtülüb. 55 yaşlı nənə qızın pilləkənlərdən yıxıldığını və hər şeyin yaxşı olacağını düşündüyü üçün kömək çağırmadığını deyib. Qızın ölümündən sonra polis zorakılıq əlamətləri aşkar edib. Melanini nəcislə örtülmüş qəfəsdə saxlayıblar. Ana, Jamie Hodges və nənə uşağı idarə etmək üçün qəfəsdən istifadə etdiklərini etiraf ediblər.

Hər iki qadın uşaq istismarı ittihamı ilə saxlanılıb. Qalan 2 yaşdan 15 yaşa qədər olan uşaqlar isə qəyyumluğa verilib. Polis onların məktəbə getmədiyini öyrənib.

Seçilən
7
42
Ajans.az

10Mənbələr