ABŞ-ın Arizona ştatında Melanie Lujan adlı gənc qız nənəsi Virciniya Lujan və anası Jami Hodges tərəfindən qəfəsdə yaşamağa məcbur edilib. 112-yə zəng etdikdən sonra səlahiyyətlilər 13 yaşlı qızın nəfəs almadığını müəyyən ediblər.
News24.az xəbər verir ki, hadisə yerinə gələn tibb qrupları saatlarla müdaxilə etməsinə baxmayaraq Melani xilas edə bilməyib və gənc qız həyatını itirib.
Melaninin ölümündən sonra evdə aparılan axtarış zamanı qızın bədənində qançır və yaralar aşkar edilib. Onu da qeyd edək ki, Melani üç yaşlı uşaq kimi zehni qabiliyyətə malik idi.
Evin kifayət qədər dağınıq və çirkli olduğu bildirilərkən, Melaninin saxlandığı qəfəsin dibi olmadığı və ətrafının barmaqlıqlarla əhatə olunduğu öyrənilib. Tempe Polisinin İctimai Məlumat Mütəxəssisi Jessica Ells evdəki vəziyyəti "çox acınacaqlı" adlandırıb.
Hadisə ilə bağlı istintaq davam edərkən, Melaninin nənəsi Virciniya Lujan və anası Jami Hodges uşaq i*tismarı ittihamı ilə həbs edilib. Lujan nəzarətə alınarkən, Hodges sərbəst buraxılıb.
Polis bildirib ki, q*tl ittihamı da irəli sürülə bilər. Evdəki digər dörd uşaq isə Uşaq Xidmətləri Departamenti tərəfindən qəbul edilib. O, polisə bildirib ki, evdə olan uşaqlardan heç biri məktəbə getməyib, ən kiçiyinin iki, böyüyünün isə 15 yaşı var.
Günel Məlikzadə