AZ

Məşhur aktrisa təmizliyə gedir, kassir işləyir

Mahsun Kırmızıgülün çəkdiyi 'Həyat Devam edir' serialı ilə məşhurlaşan türkiyəli aktrisa Meltem Miraloğlu 2019-cu ildə özündən 48 yaş böyük Patrik Qreydi adlı amerikalı ilə evlənərək ABŞ-a köçüb.

News24.az xəbər verir ki, ötən aylarda ABŞ-da g*rov saxlandığını, şəxsiyyətinin və sənədlərinin o*urlandığını bildirən video yayımlayan Miraloğlu səlahiyyətli qurumlardan kömək istəyib.

Eyni zamanda, Meltem Miraloğlunun son durumu ilə bağlı təəccüblü iddialar səslənib. Miraloğlunun Patrik Qredi ilə boşandıqdan sonra İllinoys ştatını tərk edərək Nyu Cersi ştatına yerləşdiyi, aktrisanın oradakı marketdə kassir işlədiyini və ara-sıra evləri təmizləməyə getdiyi bildirilib.

Bundan başqa, ABŞ-da qeyri-qanuni yaşayan Miraloğlunun pul olmadığı üçün tez-tez avtostop etdiyi və nəqliyyatını bu yolla təmin etdiyi də paylaşılıb.

Günel Məlikzadə


Seçilən
0
23
news24.az

10Mənbələr