AZ

BVF 2025-ci il üzrə qlobal artım proqnozlarını qaldırıb - Kristalina Georgiyeva

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru KristalinaGeorgiyeva, Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən“Qlobal iqtisadi perspektivlər” adlı panel müzakirələrində qlobaliqtisadi tendensiyalar və çağırışlardan söz açıb.

Trend xəbər verir ki,Georgiyeva BVF-nun 2025 və 2026-cı illərə olan yenilənmişproqnozlarını təqdim edib.

Onun sözlərinə görə, bu il dünyanın iqtisadi artımının 3.3%civarında olacağı proqnozlaşdırılır ki, bu da öncəki proqnozlarlamüqayisədə bir qədər çoxdur. Bununla belə, BVF rəhbəri regionaldinamikada əhəmiyyətli fərqlərin olduğunu vurğulayıb.

“Bu orta göstərici çərçivəsində biz ABŞ-nin yüksək nəticələrinigörürük – bu ölkənin artım proqnozları əhəmiyyətli dərəcədəyaxşılaşaraq 2,2%-dən 2,7%-ə qalxıb. Eyni zamanda Avropanıngöstəricilər heç də ürəkaçan deyil , dünyanın yerdə qalan hissəsiisə cüzi artım və ya azalmalarla müşahidə olunan qarışıq nəticələrnümayiş etdirirlər”, - deyə Georgiyeva bildirib.

ABŞ-nin güclü artımını şərh edən Georgiya, dinamik maliyyəbazarları, texnologiyaların effektiv tətbiqi və nisbətən ucuzenerji resurslarına çıxışın olması ilə şərtlənən yüksəkməhsuldarlığı vurğulayıb.

“ABŞ-də məhsuldarlıq sabit şəkildə illik olaraq 1% artır. Eynizamanda inkişaf etmiş iqtisadiyyatlar məhsuldarlıq baxımındanpandemiyaya qədər 1%-dən çox , hal-hazırda isə 0.2% civardageriləyib. İnkişaf etməkdə olan ölkələrdə məhsuldarlıq 2.5%-dən0.7%-ə düşüb, aşağı gəlirli ölkələrdə isə 2%-dən 0% enib”, -deyə ovurğulayıb.

Georgiyeva bu qeyri-bərabərliklərin məhsuldarlığın artırılmasıvə kapitalın səmərəli bölgüsü hesabına aradan qaldırılmasınınvacibliyinə diqqət çəkib.

“Dünya nəhəng texnoloji keçid dövrünü yaşayır. Kapital ən çoxfayda verə biləcəyi istiqamətə yönəldilməlidir. Ölkələr irəliləməküçün sahibkarlıq imkanları yaratmalı və kapitaldan səmərəliistifadə etməlidirlər. Xüsusilə Avropanın rəqabətədavamlı qalmasıüçün, dərin və vahid maliyyə bazarlarına ehtiyac duyulur”, - deyə oqeyd edib

X: @Lyaman_Zeyn

Seçilən
11
29
az.trend.az

10Mənbələr