AZ

Rusiya hökumətinə yaxın beyin mərkəzi xəbərdarlıq etdi– ölkə ciddi problemlə üzləşcək, iflas dalğası yaxınlaşır...

Image

Rusiya hökumətinə məsləhət verən beyin mərkəzi xəbərdarlıq edib ki, ölkə 2025-ci ildə şirkətlərin iflası dalğası ilə üzləşə bilər.

Reuters xəbər verir ki, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlar Mərkəzinin (CMACP) araşdırmasında 2024-cü ildə şirkətlərin borclanma dərəcəsinin iki dəfə artdığını bildirilir. Tədqiqatçılar yüksək faiz dərəcələrinin və iqtisadi yavaşlamanın şirkətlərin maliyyə strukturunu ciddi şəkildə gərginləşdirdiyini bildiriblər.

CMACP faiz ödənişləri mənfəətin üçdə ikisi kimi riskli səviyyələrə çatan şirkətlərin faizinin 20-ə çatacağını bildirir.

Son illərdə Rusiyanın ən böyük telekommunikasiya şirkəti MTS-in üçüncü rübdə xalis mənfəəti 88,8 faiz azalıb. 

Təchizatçılara pul ödəməkdən yayınan bir çox şirkət pullarını banklarda saxlamağa və ya risqsiz istiqrazlara yatırmağa üstünlük verir. Qeyd edilir ki, bu iqtisadi təzyiqlər investisiyaların sürətinin 7 faizdən 2 faizə qədər azalmasına səbəb ola bilər, bu da Rusiya iqtisadiyyatının artım potensialını ciddi şəkildə sarsıda bilər.

TAHİR





Seçilən
5
14
baki-xeber.com

10Mənbələr