![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/24/1/f5d60e6a-42d0-4ff7-a584-1607878646ce/sultanbeyli-yangin.jpg)
İstanbulun Sultanbəyli rayonunda güclü yanğın başlayıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, yanğın Battalgazi məhəlləsindəki 5 mərtəbəli binanın ən sonuncu mərtəbəsində meydana gəlib.
Həmin mərtəbədə tekstil sexinin fəaliyyət göstərdiyi bildirilir.
Qeyd olunub ki, dərhal əraziyə yanğınsöndürmə briqadası, polis və tibb briqadası göndərilib.