Ərdəbil əyalətinin Parsabad şəhərinin "Teymurpur" parça bazarında güclü yanğın olub.
Bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın mağazalardan birində qısaqapanma nəticəsində başlayıb.
"Rokna"nın verdiyi məlumata görə isə, qısa müddətdə başqa mağazalara yayılıb və 30 mağaza tamamilə yanıb.
Qeyd olunub ki, mütəxəssislərin araşdırmasından sonra yanğının səbəbinin qəti nəticəsi və xəsarət barədə məlumat veriləcək.
visiontv.az