Bakı. Trend:
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar BelarusRespublikasının fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov iləgörüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-əbildiriblər ki, Ə.Əsədov Azərbaycan ilə Belarus arasında dostluqəlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünübildirib.
Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığınsəviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdəəməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirəedilib.