Nazirlər Kabinetinin mətbuat xidmətindən Manset.az-a bildiriblər ki, Ə.Əsədov Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.