AZ

Husilər BMT əməkdaşlarını girov götürüblər

Yəmənin şimalında hakim olan \"Ənsar Allah\" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

\"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər\", - bəyanatda qeyd olunub.

Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.
Seçilən
27
7
azxeber.com

10Mənbələr