AZ

Husilər Yəməndə BMT-nin bir neçə əməkdaşını saxlayıblar

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb.

“Far.Az” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq brifinqdə məlumat verib.

“Sənanın de-fakto hakimiyyəti nəzarət etdikləri ərazidə BMT əməkdaşlarını saxlayıb. Buna cavab olaraq, biz faktiki hakimiyyətin nəzarəti altında olan ərazilərdə bütün rəsmi hərəkətləri dayandırdıq. Bu qərar növbəti bəyanata qədər qüvvədə qalacaq”, -o bildirib.

Qeyd edək ki, BMT Baş katibinin ofisi iyunun əvvəlində təşkilat sistemində çalışan 11 Yəmən vətəndaşının saxlandığını elan edib.

Seçilən
68
15
far.az

10Mənbələr