AZ

"Barselona"nın futbolçusu vurduğu qoldan sonra planını dəyişdi

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Erik Qarsiya "Komo"ya transfer olmayacaq. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas bunu təsdiqləyərək deyib ki, müdafiəçi Çempionlar Liqası çərçivəsində keçirilən "Benfika" - "Barselona" matçında (4:5) vurduğu qoldan sonra klubunu tərk etməyəcək. 

Xatırladaq ki, daha öncə mətbuatda Erik Qarsiyanın Kataloniya klubunu tərk edəcəyi və "Komo"ya transfer olunacağı ilə bağlı xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Erik Qarsiya bu mövsüm "Barselona"nın heyətində 17 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Seçilən
10
42
teleqraf.com

10Mənbələr