AZ

"Bavariya"da ciddi itki

style='margin-bottom:10px;'>

"Bavariya"nın zədəli müdafiəçisi Alfonso Deyvisin durumuna aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Futbolçu yanvarın 22-də Çempionlar Liqasının "Feyenoord"la səfər matçında (0:3) sıradan çıxmışdı.  

Tibbi müayinədən sonra onun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Bu mövsüm Deyvis "Bavariya"nın heyətində bütün yarışlarda 25 matça çıxıb və 1 qol vurub. O, 2018/2019 mövsümündən Almaniya nəhəngində çıxış edir.

Seçilən
7
6
teleqraf.com

10Mənbələr