AZ

ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi -FOTO

ABŞ-ın yeni Prezident Administrasiyası Dövlət Departamentinin saytından ölkənin keçmiş dövlət katibi Antoni Blinkenin Belarusda keçirilən prezident seçkisinin tanınmaması ilə bağlı qiyabi bəyanatını silib.

 

Bu barədə "Radiomir.by" nəşri xəbər yayıb.

 

"Narahatçılığa görə üzr istəyirik...", - deyə ABŞ Dövlət Departamentinin daha əvvəl Blinkenin bəyanatının dərc edildiyi səhifəsində yazılıb.

 

Qeyd edək ki, daha əvvəl Co Baydenin administrasiyası dövründə ABŞ dövlət katibi vəzifəsində çalışmış Antoni Blinken Belarusda keçiriləcək prezident seçkisinə müdaxilə kimi qiymətləndirilə bilən bəyanatla çıxış edib. Bəyanatda Belarusdakı seçkilərin nəticələrinin tanınmayacağı bildirilib.

Seçilən
1
2
senzor.az

10Mənbələr