AZ

Təngənəfəs xəstəxanaya gəldi, qapıda qəfil öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına təngənəfəs  gələn 39 yaşlı kişi anidən ölüb. AzPost-un Lent.az-a istinadla məlumatına görə, axşam saat 17:00 radələrində Zaqatala şəhər sakini 39 yaşlı İlkin Vidadi oğlu Məmmədov ağır formada təngənəfəslik əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.

Aparılan tibbi müdaxilələrə baxmayaraq İ. Məmmədovda xəstəxanaya daxil olduqdan bir qədər sonra ani ölüm qeydə alınıb.

İ. Məmmədovun anidən ölüm faktı ilə bağlı hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Zaqatala rayon mərkəzi xəstəxanasına yeni baş həkim təyin olunub.

Lent.az xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun imzaladığı müvafiq əmrlə Əfsələddin Buqayev “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu vəzifəni tutan Tamara Fəxrəddin qızı Nurəliyeva işdən çıxarılıb.

Əfsələddin Buqayev isə bu təyinata qədər “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini vəzifəsində çalışıb.

Seçilən
24
10
azpost.info

10Mənbələr