AZ

Trampdan ABŞ-də cinsini dəyişdirən kişilərlə bağlı sərt qərar

ABŞ Prezidenti Donald Tramp transgender qadınların (doğuşdan kişi olanların) kişi həbsxanalarında saxlanılmasını əmr edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Bildirilir ki, federal həbsxanalara dövlət başçısının "Qadınları gender ideologiyası ekstremizmindən qorumaq və federal hökumətdə bioloji həqiqəti bərpa etmək" başlıqlı sərəncamı göndərilib.

Məhbuslara həmçinin cinsiyyət dəyişdirmə əməliyyatları aparmaq qadağan ediləcək.

Amerika liderinin fərmanında deyilir ki, "cinsin bioloji reallığı" məhv etmək cəhdləri qadınlara ləyaqət, təhlükəsizlik və rifahdan məhrum edərək ziyan vurur.

Seçilən
2
2
demokrat.az

10Mənbələr