BMT Vaşinqton və Moskvanın dialoq üçün imkanlar axtarmağa davam edəcəyinə ümid edir.
BMT Rusiya prezidenti Vladimir Putinlə Amerika rəhbəri Donald Tramp arasında istənilən mümkün danışıqları dəstəkləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq deyib.
O bildirib ki, BMT Vaşinqton və Moskvanın dialoq üçün imkanlar axtarmağa davam edəcəyinə ümid edir.
Qeyd edək ki, Tramp daha əvvəl Putinlə dərhal görüşmək istədiyini bildirib.