BMT Rusiya prezidenti Vladimir Putinlə Amerika rəhbəri Donald Tramp arasında istənilən mümkün danışıqları dəstəkləyir.
BEY.AZ xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq deyib.
O bildirib ki, BMT Vaşinqton və Moskvanın dialoq üçün imkanlar axtarmağa davam edəcəyinə ümid edir.
Qeyd edək ki, Tramp daha əvvəl Putinlə dərhal görüşmək istədiyini bildirib.