Paytaxtın Nəsimi rayonunda sakinlər küçənin dağılmasından şikayətçidir.
Xezerxeber.az xəbər verir ki, Alı Mustafayev küçəsində iki ay əvvəl kanalizasiya problemi yaranıb. Aidiyyəti qurum məsələyə dərhal reaksiya verilib. Amma...
Sakinlər deyirlər ki, vəziyyət yoldan keçənlərə, eləcə də yaxınlıqdakı məktəbə gedən şagirdlərə ciddi problem yaradır.
Məsələ ilə bağlı İri Şəhərlərin birləşmiş su təchizatı xidmətindən “Xəzər xəbər”ə bildirdilər ki, su və tullantı su xətlərinin tikintisi, bərpası ilə əlaqədar aparılan qazıntı işlərindən sonra həmin ərazi əvvəlki görkəminə qaytarılır.
Qeyd olunan ünvanda qazıntı ərazisinin asfatlanma işləri görüləcək. Bu barədə müvafiq quruma müraciət olunub, istismar qaydalarına və müddətinə uyğun işlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.